BAKI, 19 avqust. TELEQRAF
“Ərazi güzəştlərinin əldə olunmuş razılaşmaların tərkib hissəsinə çevrildiyi bir çox nümunələr var”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ərazi dəyişiklikləri bir çox razılaşmaların əldə edilməsinin tərkib hissəsi olub. Belə misallar çoxdur”, - o, Finlandiya Prezidenti Aleksandr Stubbın ölkəsinin 1944-cü ildə ərazilərinin bir hissəsini SSRİ-yə verməsi ilə Ukraynadakı mövcud vəziyyət arasında paralellər aparmasına cavab verərkən bildirib.