Gələn ildən ölkəmizdə icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən xidmətlərin dairəsi daha da genişlənəcək.
Referans-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin planına əsasən, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.
İlkin mərhələdə ürək-damar xəstəlikləri üzrə dərmanların təminatı nəzərdə tutulur. Növbəti illərdə isə bu imkan genişləndirilərək mərhələli şəkildə həzm sistemi və tənəffüs yolları ilə bağlı dərman vasitələri də əhaliyə təqdim olunacaq./Oxu24.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta