Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda kommunikasiya marşrutlarının bərpası ilə bağlıdır. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti ilə yeni imkanlar açacaq ki, bu da İranın Ermənistana və son nəticədə Qara dənizə dəmir yolu çıxışını təmin edəcək”, - Paşinyan bildirib.