Cambridge Dictionary bu il lüğətinə 6000-dən çox yeni söz əlavə edəcək
7NEWS.az xəbər verir ki, Böyük Britaniyada yerləşən Cambridge Dictionary sosial mediada populyarlaşan skibidi, delulu, tradwife və broliqarchy kimi sözlər də daxil olmaqla, lüğətinə 6000-dən çox yeni söz əlavə edəcək. Dil proqramı meneceri Colin McIntosh, "İnternet mədəniyyəti ingilis dilini dəyişir. Skibidi və delulu kimi sözlər sadəcə dəb deyil, biz onların əbədi olacağına inanırıq" dedi.