Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək şəkili fermerlər 2 min 640 ton quru tütün istehsal ediblər. Cari mövsümdə rayonda quru tütün istehsalının 5,3 min tona çatacağı gözlənilir.
Bu il rayonun təsərrüfatlarında 1805,5 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 204,5 hektar artıb. Şəkili fermerlər cari mövsümdə 1500 hektar sahədə “Virciniya botaniki”, 305,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütünçülük təsərrüfatlarında 2700-dən çox kənd sakininin məşğulluğu təmin olunub.
Hazırda rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində, həmçinin şəxsi təsərrüfatlarda 352 ədəd tütünqurutma kamerası var.
AZƏRTAC