AZ

Sabirabadda qəza: “Mercedes” “BMW”yə çırpıldı, sürücüsü.. VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sabirabad rayonu ərazisində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 18-də səhər saatlarında baş verib. Hərəkətdə olan 90-CR-571 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın, 77-KE-946 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb manevr və ötmə qaydalarının pozulması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib. Sürücülərdən biri yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
avtosfer.az

1Mənbələr