AZ

Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb

Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.

Araşdırmalar aparılır.

Seçilən
19
18
far.az

10Mənbələr