“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov bildirib ki, Ankara səfəri çərçivəsində Türkiye Kadın Dernekleri Federasyonu-nun rəhbəri Canan Güllü və Kadının Sosyal Hayatını Araşdırma və İnceleme Derneği (KASAİD) başqanı Fikriye Tiryaki ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüş zamanı KASAİD-in nəşri olan “Osmanlıdan Cumhuriyete - Karikatürlerde Kadın” kitabı hədiyyə edilib:
"Bu KASAİD nəşridir və Türkiyədə qadın haqları uğrunda mübarizə tarixinin səlanamələrindən biridir. Səfər Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin icra etdiyi “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Məqsədimiz Türkiyədə QHT-lərin ictimai iştirakçılıq təcrübəsini öyrənmək, əməkdaşlığı gücləndirməkdir".
Pərvanə Fərhadqızı