AZ

Dendrologiya İnstitutu: Daş palıdın adaptasiya qabiliyyəti yüksəkdir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının əməkdaşları - Güllü Əliyeva, Zümrüd Məmmədova, Vüsalə İsmayılova və Vüsalə Bədəlovanın həmmüəllifi olduqları “Müxtəlif su şəraitində daş palıdda quruluş və funksional müxtəliflik” sərlövhəli məqalə “Forest science issues” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə müxtəlif su şəraitində inkişaf edən daş palıd ağaclarının yarpaqlarında morfoloji və fizioloji parametrlərin variasiyası tədqiq edilib, növün adaptasiya qabiliyyəti qiymətləndirilib. Müəyyən edilib ki, daş palıd növünün adaptasiya qabiliyyəti yüksəkdir və ondan ölkə ərazisində yeni meşə zolaqlarının salınmasında müvəffəqiyyətlə istifadə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr