AZ

Azərbaycanlı azyaşlı rəssamın əl işi Koreyada keçirilən sərgidə təltif olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 19 avqust, AZƏRTAC

Cənubi Koreyanın paytaxtı Seulun populyar “La Mer” qalereyasında ölkənin rəsm məktəblərinin müəllim və tələbələrinin əsərlərindən ibarət "Dream Knocking 2025" adlı ənənəvi sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Seulun “Sərhədsiz təxəyyül” rəsm məktəbinin təmsilçisi, 8 yaşlı Ayla Qafarın müəllifi olduğu “Dəniz aləmi” əsəri də sərgidə nümayiş olunub. Onun əl işi təşkilat komitəsi tərəfindən sərginin seçilmiş əsərləri sırasına daxil edilib. Bununla əlaqədar olaraq Aylaya Cənubi Koreyada incəsənətin inkişafına verdiyi töhfəyə görə tədbirin fəxri fərmanı təqdim olunub.

Qeyd edək ki, sözügedən sərgi Cənubi Koreya İncəsənət Təhsili Assosiasiyası tərəfindən ölkədə fəaliyyət göstərən rəssamları, xüsusilə gənc istedadları təşviq etmək, eləcə də incəsənət təhsilinə, rəsm məktəblərinin işinə dəstək vermək məqsədilə hər il təşkil edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
azertag.az

1Mənbələr