AZ

Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edildi

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Moderator.az “Report”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrlik etdiyi iclasda hökm oxunub.
 
Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Rəşad Abbasov cəzasının 3 ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
 
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabr ayında baş verib.
 
İttihama görə, Rəşad Abbasov şəxsi münasibətlər zəmnində dayısı Elyar Hüseynovu və onun həyat yoldaşı Ulduz Hüseynovanı bıçaqlayıb. Onlardan Ulduz Hüseynova ölüb.
 
R. Abbasova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4, 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Seçilən
30
17
moderator.az

10Mənbələr