AZ

AQTA: Qida məhsullarının izlənilməsi qida təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyənləşdirməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən edilən sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.

Qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması qida mənşəli risklərin vaxtında aşkarlanmasına, habelə istehlakçıların qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsinə maneə yaradır.

Qida subyektləri fəaliyyətlərini Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”na uyğun təşkil etməlidirlər.

Seçilən
8
8
yeniazerbaycan.com

10Mənbələr