Moskvadakı Stroqanov adına Rusiya Dövlət İncəsənət və Sənaye Universitetinin birinci kursunda təhsil alan 3 tələbə universitetdən qovulub.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb 18 yaşlı üç qız tələbənin bir müddət əvvəl xristian dini məbədinin qarşısında rəqs edərək videoya lentə alması olub.
İyun ayında yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olmuşdu.
“Həmin tələbələr ictimai asayişin pozulmasına və dindar vətəndaşların hisslərini təhqir etdiyinə görə universitetdən xaric ediliblər. Bu cür davranış dövlət universitetinin tələbəsinin statusuna uyğun gəlmir”, - deyə universitetin nümayəndəsi Olesya Maruskina bildirib.