AZ

Qafqazın ən yüksək binası Bakıdadır FOTO

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hündürmərtəbəli binalar həm Azərbaycanda, həm də xarici ölkələrdə insanların marağına səbəb olur, çünki onlar şəhər görünüşünü dəyişdirən və müasir memarlığı əks etdirən tikililərdir.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycanın ən hündür binası olan “Baku Tower” Heydər Əliyev prospektində yerləşir və 276 metr hündürlüyü ilə Qafqazın ən yüksək binası kimi tanınır. 52 mərtəbədən ibarət olan bu ofis binası həm də Azərbaycanın müasir memarlıq simvollarından biridir.

“Baku Tower”-in inşası 2014-cü ildə başlayıb və 2020-ci ildə tamamlanıb. Layihənin "Arxin-M Ltd" tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir. Həmçinin 2015-ci ildən "Hill International" şirkəti də "Azvil Tikinti" MMC-nin məsləhətçisi kimi tikintiyə qoşulub. Bu şirkətlə bağlanmış müqavilənin təxmini məbləğinin 3,7 milyon dollar olub.

"Hill International" isə tikintinin bütün mərhələlərində iş qrafikinə, inşaatın keyfiyyətinə və texniki məsələlərə nəzarət etməyi öhdəsinə götürüb. Bina tikilərkən müasir memarlıq və mühəndislik üsullarından istifadə olunub. O, həm də güclü küləklərə davamlı olmaq üçün xüsusi hazırlanıb. “Baku Tower” əsasən ofis sahələri üçün nəzərdə tutulub. Binada müasir infrastruktur və texnologiyalarla təchiz olunmuş ofislər yerləşir. Eyni zamanda, binada müxtəlif xidmətlər və ticarət sahələri də var.

“Baku Tower” Azərbaycanın müasir memarlıq və şəhərsalma sahəsindəki uğurlarının parlaq nümunəsidir. Bina şəhərin görünüşünü gözəlləşdirir və inkişafının göstəricisi hesab olunur.

Gülər 

“Cebheinfo.az”

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr