AZ

Azərbaycanlı ailənin çemodanından çıxanlar İsveçi şoka saldı - VİDEO

Bakıvaxtı.az xəbər verir ki, İsveç hava limanında gömrük əməkdaşları Azərbaycandan gələn bir ailənin çamadanlarını yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıblar.

Gömrük nəzarəti zamanı ailənin baqajından 6 kiloqram süd məhsulu, 9 kiloqram ət və 3 kiloqram meyvə aşkarlanıb. Bu fakt İsveç gömrük qaydalarına uyğun olaraq qanunsuz məhsul gətirilməsinin qarşısını almaq məqsədilə ictimailəşdirilib.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçilər Azərbaycan ailəsinin öz doğma ləzzətlərindən ayrılmaq istəmədiyini vurğulasa da, digərləri Avropa ölkələrində sərt gömrük qanunlarının nəzərə alınmalı olduğunu xatırladıblar.

Hadisə İsveç gömrük əməkdaşlarının çəkdiyi videoda əks olunub. Kadrlar sosial şəbəkələrdə “Azərbaycandan gələn baqajın açılması” başlığı ilə paylaşılıb.

Gömrük əməkdaşları bildiriblır ki, ilk dəfə olduğu üçün onları bağışlayırlar. Əslində isə Avropa Birliyi ərazisinə kənardan qida məhsulları gətirmək cinayət hesab olunur və ağır cəriməsi var. 

 

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr