AZ

“AL SARAY” restoranında qanunsuz tikinti həyata keçirilir?

Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “AL SARAY” restoranında qanunsuz tikinti həyata keçirilir.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda bildirilir ki, “AL SARAY” restoranının həyətindəağaclar məhv edilərək əlavə otaqlar tikilir.

Qeyd edək ki, restoranın həyətində inşa işlərinin aparılması ilə bağlı heç bir rəsmi icazə yoxdur. Tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmayıb.

İddia olunur ki, “AL SARAY” restoranında qanunsuz tikinti işlərini aparan Natiq adlı şəxs ağacların kəsilməsini qeydə alan jurnalistin fəaliyyətinə kobud şəkildə mane olaraq onun vəsiqəsini yararsız hala salıb.

Qanunsuz tikinti ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün olmayıb.

Xəbər 17 dəfə oxunub.
Seçilən
107
5
xezernews.az

10Mənbələr