AZ

Azərbaycan-Ukrayna oyununun biletləri satışa çıxarılıb

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Ukrayna oyununun biletləri satışa çıxarılıb.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, biletlərin qiyməti 5, 7 və 10 manat təşkil edir. VİP sektorların qiyməti isə 20, 30, 200 manatdır.

Biletləri iTicket.az-ın satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Seçilən
7
1
90deqiqe.az

2Mənbələr