Azərbaycan və Ukrayna arasında keçiriləcək dünya çempionatının seçmə mərhələ matçının biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın biletlərini İticket.az saytından və satış mənqələrindən əldə edə bilərlər.
Qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdır.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da başlayacaq.