AZ

Makron Putinlə Zelenski arasında görüşün Cenevrədə keçirilməsini təklif edib

Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşün Avropada keçirilməli olduğunu, bunun üçün isə Cenevrə şəhərini ən uyğun seçim kimi gördüyünü bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə o, LCI telekanalına verdiyi müsahibədə danışıb və bu təşəbbüsün artıq hipotetik fikir deyil, kollektiv iradə olduğunu vurğulayıb.

Makron bildirib ki, görüş neytral bir ölkədə keçirilməlidir. Fransa Prezidenti İsveçrənin Cenevrə şəhərini açıq şəkildə dəstəklədiyini, lakin digər neytral Avropa ölkəsinin də tədbirə ev sahibliyi edə biləcəyini istisna etməyib.

“Sonuncu dəfə ikitərəfli danışıqlar İstanbulda keçirilmişdi”, – deyə o xatırladıb.

E. Makron, eyni zamanda, Ukraynanın təhlükəsizliyi ilə bağlı Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə bu gün günorta saatlarında yeni görşün keçiriləcəyini də açıqlayıb. Deyib ki, bu görüş "təhlükəsizlik zəmanətləri üzərində çalışan 30 könüllü ölkənin koalisiyası" çərçivəsində təşkil olunacaq. Məqsəd,ölkələri qərarlar barədə məlumatlandırmaq və gələcək koordinasiyanı gücləndirmək olacaq.

Bu təklif Vaşinqtonda Donald Tramp ilə bir sıra Avropa liderlərinin keçirdiyi görüşdən sonra gündəmə gəlib. Görünür, beynəlxalq diplomatik səylər yenidən aktivləşib və Makron bu prosesdə fəal vasitəçi rolunu öz üzərinə götürmək niyyətindədir.

Seçilən
7
2
ikisahil.az

3Mənbələr