AZ

Daşkənd beynəlxalq konfransında Özbəkistan Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 avqust, AZƏRTAC

Daşkənd şəhərində “Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq” mövzusunda yüksəksəviyyəli beynəlxalq konfrans keçirilir. Tədbir Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu, Özbəkistan Respublikasının Prezidenti yanında Strateji İslahatlar Agentliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, avqustun 20-dək davam edəcək tədbirdə sabiq dövlət başçıları, xarici işlər nazirləri və Avropa İttifaqı institutlarının nümayəndələri iştirak edirlər.

Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Baxromjon Sotivoldiyev jurnalistlərə bildirib ki, konfransda Daşkənd, Bakı və Brüssel arasında əsas əməkdaşlıq istiqamətləri müzakirə olunur.

Özbəkistan-Azərbaycan əlaqələri ilə bağlı çıxış edənlər bildiriblər ki, iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Qardaş ölkələrin rəhbərləri arasında şəxsi dialoq və müvafiq idarələr arasında əməli əməkdaşlıq bu prosesə kömək edir. Azərbaycan və Özbəkistan əməkdaşlığı, logistika, enerji, təhsil və mədəniyyət sahələrində sistemli irəliləyiş əldə edir. Bu, təkcə ikitərəfli gündəliyi deyil, həm də Mərkəzi Asiya və bütövlükdə Cənubi Qafqaz arasında qarşılıqlı fəaliyyət arxitekturasını gücləndirir.

Baxromjon Sotivoldiyev konfransdakı çıxışında qeyd edib ki, Mərkəzi Asiya regionunda bütün dövlətlərin dənizə birbaşa çıxışı yoxdur. Ona görə də marşrutların şaxələndirilməsi və məhsulların dəniz limanlarına çatdırılması üçün qısa, optimal dəhlizlərin seçilməsi vacibdir. Bu məntiq çərçivəsində Özbəkistan Azərbaycanın tranzit imkanlarından fəal şəkildə istifadə edir, Qafqaz regionu istiqamətində və daha sonra Qara dəniz vasitəsilə Avropa bazarına keçid yaradır.

Onun sözlərinə görə, Azərbaycan bu səyləri dəstəkləyir, öz infrastrukturundan və nəqliyyat imkanlarından istifadə etmək üçün geniş imkanlar yaradır. Öz növbəsində, Özbəkistan Azərbaycan investisiyalarının cəlb edilməsində iştirak edir, dost ölkədə bərpa və modernləşdirmə layihələri üzrə praktiki əməkdaşlıqda maraqlıdır. Bu, işgüzar əlaqələrə əlavə təkan verir və qarşılıqlı faydalı təşəbbüslərin dairəsini genişləndirir.

Konfransda qeyd olunub ki, keçirilən mötəbər tədbir Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında məzmunlu dialoq üçün platformadır, həmçinin Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında son illərdə Özbəkistanın xarici siyasətinin fəal və konstruktiv kursunu əks etdirir. Daşkənd etimadın genişləndirilməsi, praqmatik əməkdaşlıq və beynəlxalq hüquqa hörmət prinsiplərini rəhbər tutur. Mərkəzi Asiyada əldə olunan sabitlik səviyyəsi mehriban qonşuluq, qarşılıqlı anlaşma və qardaşlıq münasibətləri siyasətinin nəticəsidir.

Çıxış edənlər qeyd edilər ki, son illər Azərbaycanla Özbəkistan arasında qarşılıqlı fəaliyyət formatları - iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə birgə layihələrin sayı durmadan artıq. Bu, birdəfəlik qərarların təsiri deyil, ardıcıl və balanslaşdırılmış işin nəticəsidir. Logistika marşrutlarının əlaqələndirilməsi, dəhlizlərin tutumunun artırılması, prosedurların sadələşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması üzrə işlər davam edir. Paralel olaraq, biznes missiyalarına, təhsil və mədəniyyət proqramlarına dəstək verilir. Bütün bunlar davamlılığı və qarşılıqlı marağı artıran praqmatik tədbirlərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
azertag.az

3Mənbələr