AZ

Baltimor limanında yük gəmisi partladı

ABŞ-nin Merilend ştatının Baltimor limanında kömür daşıyan bir yük gəmisində partlayış baş verdiyi və yanğın çıxdığı bildirilib.

"Cebheinfo.az" “NBC News” nəşrinə istinadən xəbər verir ki, sahil mühafizə qüvvələrinin rəsmiləri gəmidə baş verən partlayışla bağlı açıqlama veriblər.

Rəsmilər Baltimor şəhəri açıqlarında kömür daşıyan yük gəmisində yerli vaxtla saat 18:30 radələrində baş verən partlayışın yanğına səbəb olduğunu bildiriblər.

Hadisə nəticəsində heç kimin xəsarət almadığını qeyd edən rəsmilər, yanğının söndürüldüyünü açıqlayıblar.

Seçilən
9
cebheinfo.az

1Mənbələr