AZ

Trabzonda TÜRKSOY yüksək rütbəli çəmurlarının toplantısı keçirilir

BAKI, 19 avqust. TELEQRAF

Avqustun 18-də Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı başlayıb.

Teleqraf xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.

Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin Başçısı və Trabzon Valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Seçilən
6
8
teleqraf.com

9Mənbələr