AZ

“Humanist cəmiyyətin qurulmasında hər birimiz rol oynaya bilərik – Eyyub Hüseynov

2003-cü il avqustun 19-u Ümumdünya Humanitar Yardım Gününün təsis edilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, hər bir ölkənin sosial yönümlü cəmiyyət olub-olmadığını küçə və parklarda əlil arabasında sərbəst gəzən insanların sayı ilə qiymətləndirir:

“Xarici ölkələrə gedəndə ilk olaraq baxıram ki, küçədə, parklarda əlil arabasında gəzən insanlar nə qədərdir. Hansı ölkədə bunu çox görürəmsə, həmin ölkəni sosial ölkə hesab edirəm. Çünki bu, insanların sərbəst şəkildə küçələrdə, parklarda dolaşa bilməsindən xəbər verir”.

Eyyub Hüseynov sosial müdafiəyə ehtiyacı olan insan kateqoriyalarını bir neçə istiqamət üzrə təsnif edib:

* anadangəlmə əlilliyi olanlar və qan xəstəliklərindən əziyyət çəkənlər;
* müharibə veteranları, şəhid ailələri və qazilər (xüsusilə qazilərin işlə təminatı məsələsi);
* çoxuşaqlı ailələr, xüsusən kənd yerlərində yaşayanlar;
* sosial müdafiəsi zəif olan pensiyaçılar;
* cəzaçəkmə müəssisələrindən azad olunan, lakin iş tapa bilməyən şəxslər.

Eyyub Hüseynov əlavə edib ki, cəmiyyətin humanistləşməsi üçün ciddi işlər görülməlidir:

“Təəssüf ki, daha çox treninqlər pul qazanmaq, karyera qurmaq mövzularında keçirilir. Lakin insanlığa və cəmiyyətin humanistləşməsinə yönəlmiş treninqlərə rast gəlmirik. Halbuki bunun yolları müqəddəs kitabımız Qurani-Kərimdə açıq şəkildə göstərilib. İnsanlar istəyirlərsə, dinlərinə sadiq qalsınlar, Qurani-Kərimi oxusunlar – orada zəif insanlara necə kömək etməyin yolları aydın yazılıb”.

 

Pərvanə Fərhadqızı

Seçilən
28
qht.az

1Mənbələr