AZ

Sirkə içən 17 yaşlı qız necədir? RƏSMİ

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda yeniyetmə qız sirkə turşusu içib.

Rayon sakini, 2008-ci il təvəllüdlü M.Hacıyeva yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ilə bağlı “Cebheinfo.az” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, xəstənin müalicəsi evdə davam etdirilir:

“18.08.2025-ci il tarixində saat 17:50 radələrində zəhərlənmə şübhəsilə 1 nəfər (qadın cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. 2008-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş maddələrin toksiki təsiri diaqnozu təyin olunub və zəruri ilkin tibbi yardım göstərilib. Pasiyent iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Ambulator müalicə üçün evə yazılarkən vəziyyəti qənaətbəxş qiymətləndirilib”.

Gülər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

4Mənbələr