AZ

Ağdaşda sirkədən zəhərlənən 17 yaşlı qızın SON VƏZİYYƏTİ açıqlandı

Ağdaş rayonunda sirkə turşusundan zəhərlənən qızın vəziyyəti açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. 

Bildirilib ki, o, ixtisaslı tibbi xidmətdən imtina edib:

"Avqustun 18-i saat 17:50-də zəhərlənmə şübhəsilə bir nəfər (qadın cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş maddələrin toksiki təsiri diaqnozu təyin olunub və zəruri ilkin tibbi yardım göstərilib.

Pasiyent iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Ambulator müalicə üçün evə yazılarkən vəziyyəti qənaətbəxş qiymətləndirilib".

*** 09:48

Ağdaş rayonunda yeniyetmə qız sirkə turşusu içib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 2008 təvəllüdlü M.Hacıyeva yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
1
far.az

4Mənbələr