AZ

Bu bakteriya insan arıqladır YENİ TAPINTI

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kopenhagen Universitetinin rəhbərliyi altında beynəlxalq tədqiqatçılar qrupu maddələr mübadiləsinə təsir göstərərək bədən çəkisini azalda bilən bakteriya tapıb.

“Cebheinfo.az”  xəbər verir ki, müəlliflər tədqiqatın nəticələrini “Nature Microbiology” jurnalında paylaşıblar.

Bakteriya iki zülal istehsal edir - RORDEP1 və RORDEP2.  O,fiziki fəaliyyət zamanı əzələlər tərəfindən istehsal olunur və piy mübadiləsinin tənzimlənməsi proseslərində son dərəcə vacibdir. Bu siqnal zülalları bədənin hormonal fonuna təsir edir, iştaha, qan şəkərinin səviyyəsinə, sümük sıxlığına və yağ mübadiləsinə təsir göstərir.

Təcrübələr RORDEP ifraz edən bakteriyaların konsentrasiyasının müxtəlif insanlarda 100 min dəfə dəyişə biləcəyini aşkar edib. Bu bakteriyaları daha çox olanlar bir qayda olaraq, digərlərindən daha aşağı bədən kütləsi indeksinə malikdirlər.

Gəmiricilər üzərində aparılan təcrübələr göstərib ki, bakteriya və ya RORDEP zülallarının özləri tətbiq edildikdə, çəki və qanda qlükoza səviyyəsi azalır, sümük toxumasının vəziyyəti yaxşılaşır. Həmçinin müəyyən edilib ki, bu zülallar iştah və şəkər səviyyəsinin tənzimlənməsindən məsul olan hormonların istehsalını gücləndirməklə yanaşı, eyni zamanda çəki artımı ilə əlaqəli hormon olan GİP istehsalını “boğur”.

İndi insanlar üzərində klinik sınaqlar başlayır. İşin müəllifləri bakteriya və ya sintez edilmiş RORDEP zülallarının yeni nəsil geniş spektrli bioloji preparatların istehsalı üçün əsas olacağına ümid edirlər.

Xəzər

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr