AZ

Xaçmazda inşa edilən yeni piyada körpüsü istifadəyə verilib – FOTOLAR

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində Qudyalçay üzərində yeni piyada körpüsü inşa olunub. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə inşa olunan və uzunluğu 42 metr olan piyada körpüsü iki dayaqdan ibarətdir. Körpünün eni və hündürülüyü 2,3 metrdir. Metal konstruksiyadan ibarət olan körpü günün tələbləri səviyyəsində layihələndirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni inşa olunan piyada körpüsünə baxış keçirib. İcra başçısı sakinlərlə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, piyada körpüsü Qudyalçayda suyun səviyyəsinin artması ilə qəzalı vəziyyətə düşmüşdü. Bu səbədəndə yeni körpünün inşasına zərurət yaranmışdı.
Seçilən
11
6
7times.az

8Mənbələr