AZ

Rusiya Ukrayna ərazisinə kütləvi zərbələr endirib | VİDEO

xəbər verir ki, Poltava Vilayət Hərbi administrasiyasının rəhbəri Vladimir Koqut iki ərazidə hədəflərin vurulduğunu və dağıntılar olduğunu bildirib.

“Yerli enerji sektoru müəssisələrinin inzibati binalarına ziyan dəyib”, - Koqut öz telegram-kanalında paylaşım edib.

Bu gecə rus qoşunları, həmçinin Ukraynanın Kremençuk şəhərinə hücum ediblər. Ukrayna mətbuatının məlumatına görə, onlarla “Şahed” tipli hücum təyyarələri və ehtimal ki, qanadlı və ballistik raketlərdən istifadə olunub. Yerli sakinlər çoxsaylı partlayış səsləri eşidiblər.

- Zərbələr Kremençuk şəhrinə və Poltava vilayətinin qonşu ərazilərinə endirilib. Dağıntılar və tələfatla bağlı dəqiq məlumat hələlik yoxdur”,- Ukrayna Hərbi Hava qüvvələrinin açıqlamasında vurğulanır.

Ukrayna Teleqram-kanalları yazır ki, Kremençuk müharibənin ən kütləvi hücumlarından birinə məruz qalıb, şəhəri tüstü bürüyüb.

Rusiya mediası Kremençuqdakı Neft Emalı zavoduna zərbələr barədə məlumat yayıblar. Poltava vilayətinin Lubnı kəndi yaxınlığında qaz hasilatı infrastrukturuna da ziyan dəydiyi barədə xəbərlər var.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
135
1
azvision.az

2Mənbələr