AZ

Cənubi Koreyada sərnişin qatarı dəmiryolçuları vurub, ölənlər və xəsarət alanlar var

Cənubi Koreyanın cənub-şərqindəki Çxondo şəhərində sərnişin qatarı Koreya Dövlət Dəmiryol Korporasiyasının (KORAIL) işçilərini vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
 
İnsident nəticədə iki dəmiryolçu həlak olub, dörd nəfər ağır yaralanıb.
 
Hadisə vaxtı qatarda 89 sərnişin olub, onlar arasında xəsarət alanların olması barədə hələlik məlumat verilmir.
Seçilən
54
moderator.az

1Mənbələr