AZ

Xocalıda yanğına səbəb olan şəxs yaxalanıb


Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Araşdırmalarla yanğının rayona qonaq gəlmiş 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
P.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Mətləb

Seçilən
74
31
baki-xeber.com

10Mənbələr