Sülh danışıqları zamanı Krım körpüsündə terror hücumu təşkil etmək cəhdi ilə Ukrayna Rusiya prezidenti Vladimir Putini özündən çıxarmağa çalışır. Kiyev rejimi kollektiv Qərb ölkələri tərəfindən buna sövq edilir, əsasən Böyük Britaniya, Almaniya və Fransa tərəfindən.
Krım Respublikası rəhbərinin müşaviri Renat Karçaa belə hesab edir.
"İndi Krım körpüsündə baş tutmayan terror cəhdi ilə Zelenski rejimi Vladimir Putini tarazlıqdan çıxarmağa və sülh danışıqlarını pozmağa çalışır ki, sonradan Rusiya tərəfini güzəştsiz və qeyd-şərtsiz günahlandırsın. Bu da öz növbəsində ABŞ tərəfindən Rusiyaya qarşı sanksiya təzyiqinin artmasına səbəb ola bilər" deyib Karçaa. O. Ukrayna ilə bağlı danışıqların hazırda "aktiv mərhələdə olduğunu" qeyd edərək, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarında müəyyən nəticələr əldə edildiyini, Rusiya və ABŞ prezidentlərinin Alyaskada uğurlu görüşünün keçirildiyini və indi üçtərəfli danışıqlara getdiyini söyləyib.
Cavid