AZ

"Made in Azerbaijan"ın ABŞ yolu

Zəmilərdən 62,7 min ton məhsul toplanıb

Rayon üzrə 19561 hektar sahədə taxıl, o cümlədən 5738,5 hektarda buğda, 12974,5 hektarda arpa və 848  hektarda xəsil əkilmişdi. 

Son məlumata görə, zəmilərdən 19396 ton buğda, 43334,8 ton arpa biçilib. Buğda üzrə orta məhsuldarlıq 33,8, arpa üzrə 33,4 sentner olub. Ümumilikdə, taxıl sahələrindən 62730,8 ton (hər hektardan 33,5 sentner) məhsul götürülüb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə 23298 hektardan ümumilikdə 77261,4 ton (orta məhsuldarlıq 33,2 sentner) məhsul əldə olunmuşdu. Cari ildə məhsuldarlığın artaraq 33,5 sentnerə yüksəlməsi onu göstərir ki, aparılan aqrotexniki tədbirlər, keyfiyyətli toxum seçimi, düzgün gübrələmə və texnoloji yanaşmalar öz müsbət nəticəsini vermiş və nəticədə  məhsuldarlıq nəzərdə tutulduğundan çox olmuşdur.

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr