Almaniya kansleri: Vaşinqton görüşü gözləntiləri üstələdi...
Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts avqustun 19-da Ukrayna məsələsinə həsr olunmuş “istəyənlər koalisiyası”nın videokonfransının keçiriləcəyini açıqlayıb. O, bu barədə Ağ Evdə aparılan danışıqlardan sonra jurnalistlərə məlumat verib.
Kanslerin sözlərinə görə, “istəyənlər koalisiyası”na Ukraynaya əlavə yardım göstərməyə hazır olan 32 dövlət daxildir. Videokonfransdan sonra Avropa Şurasının xüsusi iclası təşkil olunacaq və burada aparılan müzakirələr barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Merts həmçinin ABŞ prezidenti Donald Trampın Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünü “çox yaxşı” və “səmimi ab-havada” keçdiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton görüşündən gözləntilər yalnız doğrulmayıb, hətta üstələnib.
Poliqon.info