BAKI, 19 avqust. TELEQRAF
ABŞ-nin Baltimor limanına yan almış yük gəmisində partlayış baş verib.
Teleqraf xəbər verir ki, gəmi Patapsko çayında, Frensis Skott Kinin adını daşıyan körpünün yaxınlığında alışıb.
Partlayışın səbəbi göyərtənin altında baş verən yanğın olub.
Hazırda yanğını lokallaşdırmaq mümkün olub, gəmi hadisə yerindən təxliyə edilir.