AZ

Azərbaycanda kişilərin əsas probleminin səbəbi açıqlandı

Milli.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda kişilərin çoxunun problemlərindən biri olan erkən eyakulyasiyanın səbəbi açıqlanıb.

Milli.Az bildirir ki, androloq Ruslan Qüdrətov bu barədə danışarkən qeyd edib ki, erkən eyakulyasiyanın əsas səbəbi kişilərin yanlış sünnət olunmasıdır.

Həkimin dediyinə görə islam ölkələrində bu problem geniş yayılıb. O bildirib ki, ölkəmizdə yeni tətbiq olunacaq sünnət metodu bunun qarşısını alacaq.

Qeyd edək ki, erkən eyakulyasiya kişilərdə ən çox rastlanan cinsi problemlərdən biridir və bir neçə səbəbdən qaynaqlana bilər. Əsas faktorlar arasında psixoloji, fizioloji və hormonal amillər yer alır.

Psixoloji səbəblərdən stres, narahatlıq, gərginlik, özünü yetərsiz hiss etmə və ya keçmişdəki neqativ cinsi təcrübələr buna gətirib çıxara bilər. Fizioloji amillər arasında sinir sisteminin həssaslığı, prostat və ya uretra problemləri, tiroid və ya digər hormonal pozğunluqlar qeyd olunur. Həyat tərzi amilləri, məsələn, siqaret, spirt və digər sağlamlığa zərərli vərdişlər də erkən eyakulyasiyanın yaranmasına təsir göstərə bilər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
2
news.milli.az

10Mənbələr