AZ

ABŞ lideri: Putinlə Zelenski arasında baş tutacaq görüşün təşkilinə başlanılıb

Tramp Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirdiyi görüşlə bağlı Putinə məlumat verib. 

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. O, bildirib ki, Putinlə Zelenski arasında baş tutacaq görüşün təşkilinə başlayıb. 

“Həmin görüş baş tutandan sonra mənim iştirakımla üçtərəfli görüş olacaq. Bu, dörd ildir davam edən müharibənin başa çatması üçün çox yaxşı addımdır”,- deyə Tramp əlavə edib.

Seçilən
27
3
yeniazerbaycan.com

4Mənbələr