AZ

Ağ Evdə Tramp, Zelenski və Avropa liderləri arasında görüş dayandırılıb, daha sonra bərpa olunub

Vaşinqton, 19 avqust , AZƏRTAC

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, onun ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri arasında danışıqlar yenidən başlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Görüş yalnız liderlərin iştirakı ilə keçirilir.

Qeyd edək ki daha əvvəl Almaniyanın “Bild” qəzeti bildirib ki, Tramp Avropa liderləri və Zelenski ilə danışıqları dayandırıb Putinə zəng edib.Qeyd olunub ki, ki, Avropa liderləri ilə danışıqlar Putinlə zəngdən sonra davam edəcək.

Seçilən
29
50
azertag.az

10Mənbələr