BAKI, 19 avqust. TELEQRAF
Ukrayna Vaşinqtondan təhlükəsizlik zəmanətləri almaq üçün ABŞ-dən 100 milyard dollar dəyərində silah almağı vəd edib.
Teleqraf xəbər verir ki, təklifin detallarını “Financial Times” (FT) nəşri açıqlayıb.
Bundan başqa, ABŞ-nin Ukrayna şirkətləri ilə birgə dron istehsalı üzrə 50 milyard dollarlıq müqavilə bağlayacağı bildirilir.
Bununla belə, qəzetin yazdığına görə, Kiyev Rusiyaya ərazi güzəştləri etmək niyyətində deyil.
Qeyd olunur ki, Ukrayna sülh sazişinə doğru ilk addım kimi atəşkəsin elan edilməsində israr edir.