HHT VS mərkəzinin icazəsi olmadan dövlət sərhədi üzərindən uçuş qəti qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Hava gəmisi sərhədi pozarsa, HHQ orqanları qanuna uyğun tədbir görürlər.
Sərhəd yaxınlığında havaya qalxan hava gəmiləri müvafiq HHX orqanı ilə birbaşa rabitə saxlamalıdır.
Qəza vəziyyətində isə sərhəd keçidinə icazə verilir və müvafiq orqanlara dərhal məlumat verilir.