AZ

Qatarın geriyə basılması QAYDASI

Bəzən qatarın geriyə basılması tələb oluna bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu yalnız stansiya növbətçisinin göstərişi ilə mümkündür. Marşrut əvvəlcədən hazırlanmalıdır. Maşinist radiorabitə ilə xəbərdar edilir. Bundan sonra yalnız icazə verilən göstərici ilə hərəkət edilə bilər. Geriyə basma təhlükəsizlik qaydalarına uyğun aparılır.

Qeyri-ümumi dəmir yollarına qatar qəbul xüsusi qayda ilə aparılır. Stansiya növbətçisi yolun uzunluğuna əmin olmalıdır. Maşinist qabaqcadan məlumatlandırılır. Texnoloji sahə işçilərinə də xəbər verilir. Qatar marşrutu hazırlanaraq giriş işıqforu açılır. Hərəkət yalnız manevr siqnalına uyğun həyata keçirilir.

Seçilən
23
heftelik.az

1Mənbələr