Vaşinqton, 19 avqust , AZƏRTAC
“Son iki həftə ərzində Rusiya ilə Ukrayna arasında müharibəni bitirmək üçün son illərdə əldə etdiyimizdən daha çox irəliləyiş əldə etmişik”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb Ağ Evdə Donald Tramp, Volodimir Zelenski və Avropa liderləri ilə görüş zamanı deyib.
Onun sözlərinə görə, liderlərin Ağ Evdə toplanması Avropa və ABŞ-ın Ukraynaya kömək etməsi baxımından çox simvolikdir.
“Bu görüşdən gözlədiyimiz irəliləyiş əsasən təhlükəsizlik zəmanəti ilə bağlıdır”,- deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton