AZ

Almaniya Kansleri: Rusiya ilə Ukrayna arasında atəşkəs görmək istəyirik

Vaşinqton, 19 avqust , AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts Ukrayna ilə Rusiya arasında atəşkəs istədiyini bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, onun ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə görüş zamanı deyib. “Növbəti görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm”,- deyə bildirib.

Kansler liderləri atəşkəsin əldə edilməsi üzərində işləməyə və Rusiyaya təzyiq göstərməyə çağırıb:

“Atəşkəsin əldə olunması bizim bugünkü səylərimizin nə qədər etibarlı olduğunu göstərəcək. Ona görə də mən bu aspekti vurğulamaq istərdim: Artıq növbəti görüşdə atəşkəsin razılaşdırılması olsun. Növbəti görüş isə məkan fərqi olmadan üçtərəfli keçirilməlidir”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
62
40
azertag.az

10Mənbələr