AZ

Zelenski: Müharibəni bitirmək üçün diplomatik yollar tapmağa hazırıq

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiya-Ukrayna müharibəsini bitirmək üçün diplomatik yollar tapmağa hazırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüş zamanı Ukrayna lideri Volodimir Zelenski deyib.

O, ABŞ, Ukrayna və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilməsini istədiyini yenidən diqqətə çatdırıb.

Zelenski jurnalistlərin "sülh naminə Ukraynanın xəritəsini yenidən çəkməyə hazırsınızmı" və "Ukrayna əsgərlərinin daha bir neçə il ölümə göndərməyə davam edəcəksinizmi" suallarını cavabsız qoyub.

Bununla belə o, Tramp administrasiyasının müharibəni dayandırmaq səylərini müsbət qiymətləndirib.

O bildirib ki, Ukrayna Rusiyanın gündəlik hücumları ilə yaşamaq məcburiyyətində qalır və buna misal olaraq ötən gecə Xarkova endirilən zərbəni xatırladıb.

"Biz bu müharibəni, Rusiyanı dayandırmalıyıq. Bunun üçün bizə amerikalı və avropalı tərəfdaşlarımızın dəstəyi lazımdır", - o söyləyib.

"Biz ABŞ-nin – şəxsən Prezident Trampın bu müharibəni dayandırmaq, bu müharibəni diplomatik yolla bitirmək ideyasını dəstəkləyirik", - o deyib.

Zelenski həmçinin Tramp və Putin arasında üçtərəfli sammitə hazır olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
50
bakivaxti.az

10Mənbələr