AZ

Paketdə satılan tumlar ziyanlıdır

Tum çırtlamaq qəribə bir asılılıq, bağlılıqdır. Əgər masada tum varsa, onu bitirmədən dayana bilmirsən.

Hit.az xəbər verir ki, yağlı günəbaxan tumları E vitamini ilə zəngindir, bu vitamin uzun ömür, sağlamlıq, seksual aktivliyin vitaminidir.

Yarım stəkan tum sutkalıq E vitamini dozasını ödəyir.  Bir şərtlə ki, tumlar keyfiyyətli, çiy, həmçinin duzsuz olsun.

Araşdırmalar zamanı məlum olub ki, paket formasında marketlərdə satılan dəniz duzlu, duzlu, çox qovrulmuş, quru tumlar isə demək olar ki, faydadan çox zərər verir.

Həmin paketlənmis tumlarda olan duz böyrək, ürək, hormonal problemləri olan insanlarda ödem yaradır, bədəndə duzun miqdarını artırır, susuzlaşma yaradır, mineral balansını pozur, təzyiqi qaldırır, bir çox fəsadlar verə bilər. 

Günəbaxan tumunun tərkibində mis, sink, dəmir və lif var. Bunlar qırmızı qan hüceyrələrinin çoxalmasını təmin edərək , bədənə oksigen daşınmasına, immunitet sisteminin qorunmasına, qan şəkərinin və qan xolesterin  tarazlığının gözlənilməsinə və qəbizliyin önlənməsinə dəstək olur.

30 qram günəbaxan tumu gündəlik E vitamini ehtiyacını qarşılamağa qadirdir.

Sevinc

Seçilən
7
15
hit.az

10Mənbələr