AZ

Paşinyan: Vaşinqton sammitindən sonra biz fərqli Cənubi Qafqazda yaşayırıq

Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 18-də xalqa müraciəti zamanı söyləyib. Onun sözlərinə görə, avqustun 8-də Ağ Evdə keçirilən sammit dönüş nöqtəsi oldu. “Vaşinqtonda imzalanmış sənədlərlə Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu. Avqustun 8-dən sonra biz tamamilə fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq. Sülh bizim üçün yad bir reallıqdır və yad həyatdır, gəlin bu reallığı qiymətləndirək. Sıfırdan dinc yaşamağın nə demək olduğunu, sülhün nə olduğunu öyrənməliyik”, - deyə Paşinyan vurğulayıb.

Seçilən
60
50
yeniazerbaycan.com

10Mənbələr