BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bakının Şəhidlər xiyabanında qeyri-etik videolar çəkdiyi deyilən üç turist həbs olunub.
Yerli media Səbail Rayon Məhkəməsi tərəfindən onlar barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçildiyini bildirib.
Sosial şəbəkələrdə yayılan videolarda bir neçə əcnəbinin Şəhidlər xiyabanında məzarları göstərərək güldüyü və müxtəlif hərəkətlər etdiyi görünür.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, Youtube kanalımızda izləyin.
Avqustun 13-də çəkildiyi deyilən video sosial şəbəkələrdə paylaşıldıqdan sonra Azərbaycanda ciddi müzakirələrə səbəb olub.
Yayılan digər videoda həmin şəxslərin polis tərəfindən saxlanılaraq aparıldığı görünür.
Hər üç turist Azərbaycan Cinayət Məcəlləsinin qəbirlər üzərində təhqiredici hərəkət etmə maddəsi ilə ittiham olunurlar.
Saxlanılan şəxslərin bu ittihamlara cavabı bəlli deyil.