AZ

Emin Ağalarov Cennifer Lopezi Bakıya gətirir: Hazırlıq başladı VİDEO

ain.az bildirir, Bakupost portalına istinadən.

Tanınmış azərbaycanlı müğənni və prodüser Emin Ağalarov (Emin) dünyaca məşhur pop ulduz Cennifer Lopezi (Jennifer Lopez) Bakıya gətirir. Bu barədə Emin özünün rəsmi “Instagram” hesabında məlumat paylaşıb.

Bakupost.az xəbər verir ki, müğənni açıqlamasında Lopezlə bağlı xatirələrini bölüşüb, onunla tanışlıq hekayəsini danışıb və şəxsi arxivindən foto və videolar təqdim edib. Emin həmçinin Lopez-in Bakıda keçiriləcək konsertinə hazırlıqların artıq başladığını vurğulayıb.

Musavat.com xatırladır ki, CeyLo (Jennifer Lopez) son zamanlarda bölgədə bir sıra konsertlər verib. O, Ermənistanda böyük tamaşaçı auditoriyası toplayıb, daha sonra isə Özbəkistanda möhtəşəm konsert proqramı ilə çıxış edib. İndi isə növbə Azərbaycana çatıb.

Cennifer Lopezin Bakıya gəlişi ölkə musiqi həyatında böyük hadisə kimi dəyərləndirilir. Dünyaca məşhur ulduzun heyranları üçün bu xəbər gözlənilən ən sevindirici xəbərlərdən biridir. Emin Ağalarovun təşkil etdiyi bu konsertin əsl musiqi bayramına çevriləcəyi gözlənilir.

Emin Ağalarovun paylaşdığı videoda bu görüntüləri izləmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
40
www.bakupost.az

10Mənbələr