AZ

QHT layihə çərçivəsində Qaratəpə kəndində seminar keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi “Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi çərçivəsində 14.08.2025-ci il tarixində Sabirabad rayonun rayonunun Qaratəpə kəndində seminar keçirib.

​​​​​​"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə rəhbəri V.Quliyev tədbirin açılışını edərək iştirakçıları salamlayıb və layihənin məqsədi barədə məlumat verib. Layihənin eksperti A.Adilov fermerləri quraqlığa və şoranlığa davamlı yeni taxıl sortları barədə məlumatlandırıb. O, Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılmış 19 növ taxıl sortunun 60%-ə qədər toxum təminatı verdiyini, bunlardan 3 növünün bərk buğda, 12 növünün yumşaq buğda, 4 növünün isə arpa olduğunu qeyd edib.

DAİM-in nümayəndəsi M.Məmmədov isə fermerlərə aqrotexniki qaydalar, müasir texnologiyalar və gəlirli taxılçılıq təcrübələri ilə bağlı tövsiyələr verib. Tədbir çərçivəsində fermerlər öz təsərrüfatlarında mövcud problemləri səsləndirərək müxtəlif təkliflər irəli sürüblər.

Sonda suallar cavablandırılıb, seminar iştirakçılar tərəfindən müsbət qarşılanıb və İctimai Birliyin əməkdaşları fermerlərə təşəkkürlərini bildiriblər.

"Cebheinfo.az" 

Seçilən
0
50
cebheinfo.az

10Mənbələr