AZ

“Neftçi” heç-heçə oynadı, azarkeşləri bu addımı atdı - VİDEO

“Neftçi” mövsümə istədiyi kimi başlamadı.

Çempionluğu hədəfləyən “ağ-qaralar” öz meydanında bölgə təmsilçisi “Şamaxı” ilə oyunda 1:1-lik bərabərliyə razılaşdı.

Çox sayda qol epizodları boşa verildi, bir dəfə top dirəkdən qayıtdı, nəticədə bakılılar 1 xalla kifayətləndi.

Vacib 2 xalın əldən çıxmasına baxmayaraq, “Forza Neftçi”nin üzvləri oyunboyu susmaq bilmədi. Əvvəldən sona qədər bəstələr səsləndirən fanatlar hakimin final fitindən sonra dəstək nümayiş etdirdilər.

Gözləmək olardı ki, qeydə alınan nəticə “forzalılar”ı özündən çıxaracaq və hansısa formada etiraz dalğası baş qaldıracaq. Amma yox.

Oyun qurtarandan sonra futbolçular “Forza Neftçi”nin yer aldığı tribunaların qarşısına gedincə, alqış səsləri eşidildi. Futbolçular da öz növbəsində tərəfdarlara eyni şəkildə cavab verdi.

Çempionatın ilk matçı olduğunu nəzərə alsaq, fanatların bu cür davranışı anlaşılandır. Növbəti turlarda qələbələr sıralanmasa, əlbəttə ki, cavab çox sərt olacaq.

Bakılılar növbəti turda “İmişli”nin qonağı olacaq.

Avqustun 22-də Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
16
50
sportinfo.az

10Mənbələr