AZ

“Musiqimiz stilini dəyişəndən sonra efirə çıxmamağa söz verdim” –Xalq artisti, 88 yaşlı Elmira Rəhimova

Bir neçə gün öncə xalq artisti, sevilən sənətkar Elmira Rəhimova doğum gününü qeyd edib.

AzPost bildirir ki, sənətkar Medianews.az saytına açıqlamasında bildirib ki, doğum günündə onu təbrik edənlərin sayı-hesabı olmayıb: “Xalqıma, tamaşaçılarıma, millətimə çox təşəkkür edirəm. Hər zaman gözləri məni axtarıb, məni arzulayıblar. Həmişə demişəm, bu gün də deyirəm.. Bizim xalqdan, millətdən, insanlarımızdan yoxdur. Musiqini, mədəniyyəti dərindən bilirlər, qiymətləndirirlər. Mənə də hər zaman dövlətim, xalqım qiymət verib. Xəstəliyimə görə nə efirlərə çıxıram, nə də müsahibə verirəm. Telefonlarım da çox vaxt sönülü olur. Musiqimiz bir az öz stilini dəyişəndən sonra efirlərə çıxmamağa özümə söz verdim. Həm də istəməzdim ki, tamaşaçılarım məni belə görsün. Ömürü də, həyatı da, gözəlliyi də bəxş edən Allahdır”,- deyə sənətkar bildirib.

Elmira Rəhimova bildirib ki, hər zaman dövlətin qayğısını hiss edib: “Hələ Ulu Öndər Heydər Əliyev öz zamanında məni yüksək qiymətləndirib. Həmişə də Azərbaycan-Hindistan mədəni əlaqələrinə görə mənə böyük təşəkkür edib. Ölkə başçısından, Birinci Vitse Prezident Mehriban xanım Əliyevadan, övladlarından hər zaman diqqət görmüşəm. Doğum günümdə də Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva diqqət göstərib və böyük bir gül buketi göndərib. O məni hansı tədbirdə görürsə böyük nəzakətlə, nəvazişlə və qayğıyla yaxınlaşıb, öz sevgisini bildirir. Hər kəsə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Elmira Rəhimovanın 88 yaşı tamam olub. Uzun illərdir Azərbaycan musiqisinə xidmət edən sənətkarın bir çox mahnıları dillər əzbəridir.

AzPost.az

Seçilən
4
azpost.info

1Mənbələr